Elbrus Saleh oğlu İsayev
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri

Elbrus Saleh oğlu İsayev
Doğulduğu tarix və yer:
7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri
Təhsili və ixtisası:
Ali, 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Dövlət təltifləri
•2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
•2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
•2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi və YAP Gənclər Birliyi tərəfindən "İlin ən yaxşı gənci" adına layiq görülmüşdür.
•2007-ci ildə Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə və Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Nəaliyyətləri
• 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
• Bununla yanaşı, "Böyük İpək yolu və Naxçıvan" (2012), "V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan" (2012) kitablarının və 2 meteodik vəsaitin, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin, 60-dan artıq elmi və publisistik məqalənin müəllifidir.
İş yeri və vəzifəsi:
Naxçıvan Dövlət Universitetinin rektoru, Naxçıvan Basketbol federasiyasının sədri